Qətər 2022-ci il DÇ-yə hazırlığa 200 milyard dollar xərcləyəcək

Qətər 2022-ci il DÇ-yə hazırlığa 200 milyard dollar xərcləyəcək Qətər 2022-ci il dünya çempionatına hazırlığa 200 milyard dollar xərcləyəcək. Bu barədə Trend "Associated Press" agentliyinə istinadən məlumat verir.


Bu məbləğin böyük hissəsi - təxminən 140 milyard dolları nəqliyyat infrastrukturunun inkişafına xərclənəcək. Bu məbləğə yeni hava limanları, yollar və metro xətlərinin tikiləcəyi gözlənilir.


Daha 20 milyard dollar isə turizm infrastrukturunun inkişafına yatırılacaq.


Araşdırmalara görə, 2022-ci ilə qədər Qətərə hər il 3,7 milyon əcnəbi turist gələcək. Çempionatın özünə isə 400 min futbol azarkeşinin qatılacağı gözlənilir.
Xatırladaq ki, Rusiya hökumətinin hesablamalarına görə, 2018-ci il DÇ-nin keçirilməsinə 20 milyard dollar xərclənəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri