Tramp Fələstinə yardımın dayandırılmasının səbəbini açıqlayıb


Fələstin ABŞ-a hörmətsizlik edib, Fələstin İsraillə danışıqlara başlamayanadək onlara yardım verilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.    

 

Tramp Fələstin rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina etməsini hörmətsizlik adlandırıb.  

 

“Fələstinlilər ABŞ-dan yüz milyonlarla dollar yardım alır. Masa arxasına oturmayanadək və danışıqlara başlamayanadək onlara pul verilməyəcək”, - deyə Tramp qeyd edib.  

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri