Çavuşoğlu: "Türkiyə Suriyada hökumət qüvvələrinə hücum etmək niyyətində deyil"
- 26.01.2018, 10:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması Ankara və Dəməşqin ümumi məqsədidir, Türkiyə Silahlı Qüvvələri Suriyada hökumət qüvvələrinə hücum etmək niyyətində deyil.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
“Onlar (Suriya Silahlı Qüvvələri) nə vaxtsa təyyarəmizi vurublar və cavabını alıblar. Onlar hələ ki bizə hücum etmirlər, onları hədəf kimi qəbul etməyə ehtiyac yoxdur. Bu günədək elə addım atmamışıq. Rejim bilir ki, YPG Suriyanı parçalamaq niyyətindədir. Amma biz, rejim və müxalifət Suriyanın hazırkı sərhədlərdə ərazi bütövlüyünün tərəfdarıyıq. Biz inanırıq ki, rejim terrorçularla əməkdaşlıq etməyəcək”, - deyə M.Çavuşoğlu jurnalistlərə bildirib.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-dən Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatı aparır.