Damla: “Duet oxumağa ehtiyacım yoxdur”


ARB TV-nin "Sayqa ilə bu axşam" proqramının növbəti qonağı müğənni Damla olub.

O, ilk olaraq, duet oxuduğu hər bir müğənniylə münasibətinin yaxşı olduğunu bildirib:

"Pərviz, Nicat, Elnar 3-ü də dostumdur. Heç bir zaman çörək kəsdiyi bir insanın arxasınca danışmaram. Pərvizin uğurlarına çox sevinirəm. Bu gün Damlanın kiminləsə duet oxumağa ehtiyacı yoxdur. Həmçinin Pərvizin də".

Müğənni yeni duet ortağı Nicat Həsənlidən də söz açıb:

"Mən istəyirəm ki, Nicat ulduz olub yanımdan düz keçsin. Hətta mən onun o halına gülərəm ki, Nicat da ulduzdur. Sevinərəm ki, dostlarım ulduz olub".


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri