Azərbaycan prezidenti jurnalist Nicat Dağların müalicəsinə yardım göstərilməsi üçün göstəriş verib

Azərbaycan prezidenti jurnalist Nicat Dağların müalicəsinə yardım göstərilməsi üçün göstəriş verib Azərbaycan prezidenti İlham Əliyev jurnalist Nicat Dağların ağır xəstəliyinin müalicə edilməsinə yardım göstərilməsi üçün göstəriş verib.

APA-nın xəbərinə görə, jurnalistin durumu ilə bağlı vəziyyət barədə məlumat alan kimi ölkə başçısı xəstənin müalicəsinin nəzarətə götürülməsi və problemlərin həlli üçün tapşırıq verib.

Hazırda Gürcüstanda xəstəxanada olan jurnalist Nicat Dağlar APA-ya açıqlamasında özünün və ailəsinin adından ölkə başçısına təşəkkürünü bildirib: “Özümün, ailəmin adından cənab prezidentə təşəkkürümü bildirirəm. Deməyə söz tapa bilmirəm. Mənim ən çətin anımda köməyimə cənab prezident çatdı Bu xəstəlikdən xilas olacağıma artıq ümidim var”.

N. Dağlar onun səhhəti ilə bağlı məsələni diqqətdə saxlayan, ictimailəşdirən bütün həmkarklarına və millət vəkillərinə də təşəkkürünü bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri