Səhiyyə Nazirliyi: Son illərdə vərəmə yoluxan uşaqların sayı artıb



“Azərbaycanda son bir neçə ildə vərəmə yoluxan uşaqların sayı artır. Bu hal bizi narahat etməlidir”.

 

LİVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

 

H. Qədirova qeyd edib ki, vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunlardan biri xəstənin ailəsi, digəri həkimlərdir. Mən belələrinə dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, andlarını pozaraq, o xəstələri düzgün müalicə etmirlər.

 

Bu gün vərəm xəstələrinin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır. Bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir. Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".
Şərhlər
Sosial bölməsinin xəbərləri