Nazir: "Yanardağ qoruğu ilə bağlı prezidentin tənqidindən nəticə çıxaracağıq”
- 31.01.2018, 17:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dövlət başçısının "Yanardağ" qoruğu ilə bağlı müvafiq tapşırığına uyğun olaraq proses gedir, layihə mövcuddur”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, məsələ ilə bağlı layihələndirmə əsasında işlər görüləcək. Amma orada işlər bəzi yaşayış məsələlərinin həllindən sonra həyata keçiriləcək. Dövlət bu işlə məşğuldur. Cənab prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq".
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.
Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına tapşırıq verib ki, bu vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.