Tünzalənin bu geyimi tənqid olundu
- 01.02.2018, 13:39,
- Şou-biznes / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar artist Tünzalə Ağayevanın instaqramda paylaşdığı fotolar müzakirələrə səbəb olub.
LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı müğənni 300 minlik rəsmi səhifəsində transparan geyimdə çəkdirdiyi şəkilləri yayımlayıb.
Modelyer Gülnarə Xəlilova imzalı geyim sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib, bu modeldə olan paltarın əməkdar artistə yaraşmadığı iddia edilib.
Ağayeva yazılan tənqidlərə münasibət bildirməyib, şərh bölməsini də digər məşhurlar kimi deaktiv etməyib.