Rəqqasə Fatimə və Xatun arasında baş verən qalmaqal davam edir





Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyeva arasında baş verən qalmaqal davam edir.  LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xatunu Fatiməni döyməsi barədə bir neçə gündür ki, məlumatlar dərc edilir.

F. Fətəliyeva iddialara son qoymaq üçün “Sayqa ilə bu axşam” proqramına çıxaraq keçmiş rəfiqəsinin onu döymədiyini bildirib:

“Mən aramızda söz-söhbət olması faktını təsdiqləmişəm, olmayan davanı təsdiqləməmişəm. Bunu düzgün başa düşün! Döyülmə olmayıb. Xına evi açılmağına görə də ortada dava yoxdur. Bu, axırıncı açıqlamamdır. Məni kimsə döysəydi, iş polisə qədər gedib çıxardı. Mənə heç kim xəsarət yetirməyib. Nə də mən kiməsə əl qaldırmışam.

Biz hamıya örnək olmalıyıq. Belə söhbətlərlə yaddaşınızsa qalmağımız ayıbdır. İstəmirəm, tamaşaçılarımdan qazandığım hörməti bu söhbətə görə itirim. Məni hörmətdən salmaq istəyirlər, elin gözü tərəzidir. Boş söhbətləri bağlayaq. Buna ayıracaq vaxtım yoxdur”.



Fatimənin bu addımından sonra Xatun Əliyeva bir müddət əvvəl Fatimənin köməkçisi olan Aysel adlı xanımla foto paylaşıb. O, həmin paylaşıma “Sizi görməyimə şad oldum” yazaraq keçmiş rəfiqəsinə acıq verib.

Bu məqamda bildirək ki, rəqqasə ilə köməkçisi arasında ötən il narazılıq yaranıb və əməkdaşlığıa son qoymaq barədə qərara gəliblər.  



Qeyd edək ki, cütlük arasında qalmaqal Xatunun “Səhər-səhər” verilişində açıqlamasından sonra baş vermişdi. Müğənni təzə il ilə bağlı fotosessiyasının Fatimə tərəfindən oğurlandığını demişdi.

Xatunun bu addımından sonra Fatimə salonunda çalışan müğənnin stilist qardaşı Balaşı işdən çıxarmışdı.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri