Tolik Nadirlə yazışmalarını paylaşdı [Şəkl]

"Buradan bütün saytlara, məni müzakirə edənlərə deyirəm. Kimin sübutu varsa, çıxıb qabağıma desin. Mən başqaları kimi nədənsə qorxub susa bilmərəm".


LİVE.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev instaqramda yazıb. O, Nadir Qafarzadə ilə "whatsapp" yazışmalarını paylaşaraq müğənninin ittihamlarının ona aidiyyatının olmadığını bildirib:


"Nadirin dərdi tacdır. Əcəb eləmişəm! Nadir əlini qatlasın ki, bu ölkədə nə edib? Bu ölkə üçün nə iş görüb? Mahnı oxuyub, toylara gedib və pul qazanıb, əcəb edib.  Mən lazım olan orqanlara şikayətimi yazıb və adımın belə şeylərdə hallanmasından narahat olmağımı haçansa dilə gətirməliydim.  Bu da oldu.


Nadir kişidirsə, ad çəksin, desin ki, dediklərimi Tolikə ünvanlamışam. Bu tac nə böyük şey olub ki, girib gözlərinə? Neyniyək ki, əməkdar artist adını sənə vermirlər. Çünki dövləti sevmək, ona bağlı olmaq, mədəniyyətini təbliğ etmək lazımdır. Bizim nə günahımız? Ay Nadir, iki gün əvvəl mənə yığıb- "Tolik, sən kişi oğlusan, sənə dəyər verirəm" deyən sən deyildin? İndi nə oldu ki, pis oldum? Məni tanıyanlar tanıyır".


 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri