Azərbaycan MDB-də ilk dəfə pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlayıb

Bu gündən Azərbaycanda yaşa görə heç bir sənəd təqdim etmədən, heç bir yerə getmədən pensiyaların təyin olunması prosesi başlayır.


APA-nın xəbər verdiyi kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov bildirib ki, hər Azərbaycan vətəndaşı pensiya yaşına çatanda, sadəcə telefonla DSMF-in 190 saylı çağırış sistemimizə zəng etdikdən sonra sıfır nömrəsini basaraq, elektron pensiya təyinatına müraciət etmiş olur.


Pensiya təyinatının aparılması üçün müraciət edən şəxs yalnızca şəxsiyyət vəsiqənin nömrəsini bildirməlidir. Operator həmin şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil edir, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri bazasından həmin şəxsiyyət vəsiqəsini öz bazasına gətirir, monitorda həmin şəxsin pensiyaya çıxma vaxtını göstərir. Həmin pensiya yaşı mövcud qanunvericiliyə çatıbsa, o zaman həmin şəxsin hansı vaxtda pensiyaya çıxmasını və nə qədər pensiya alacağı göstərilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri