Fatimə Fətəli 20 ilin hesabatına hazırlaşır [10 şəkl]

   


Tanınmış azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva səhnə fəaliyyətinin 20 ilinin tamam olması münasibəti ilə konsert proqramı ilə çıxış edəcək.


Bu barədə LİVE.az-a rəqqasənin özü danışıb. O bildirib ki, bu konsert sənətində ilk olacaq: “Bu il 20 ilimi çox gözəl formada qeyd edəcəm. Bunun üçün çox gözəl konsert proqramı hazırlanıb. Yeni xəbər də odur ki, konsertimizin açılışı üçün tanınmış bəstəkar Nailə Mirməmmədli yeni mahnı bəstələyib. Artıq mahnı aranjimana verilib. Musiqi tam hazır olandan sonra isə onun xoreoqrafiya hissəsini öz boynuma götürmüşəm. Rəqsin quruluşunu özüm quracam. Çünki bu günə qədər rəqslərimin quruluşunu müəllimim Fərhad Vəliyev edirdi. O artıq Azərbaycanda yaşamır, Amerikaya köçüb. Buna görə də ilk dəfə olaraq konsertimin bütün məsuliyyəti öz üzərimdə olacaq. Gecədə tələbələrimin də çıxışı gözlənilir. Amma ən ağır yük isə öz üzərimdə olacaq. Onu da qeyd edim ki, konsertimdə sürprizlər də olacaq. Gözləyin”.


F.Fətəliyeva onu da əlavə edib ki, yeni təqdim edəcəyi layihə üçün fotosessiya da etdirib: “Lentə alınan bu şəkillərim layihəmin bir hissəsidir. Fotosessiiyada bir neçə obrazı canlandırmışam. Bu sadəcə 2 obrazdan olan görüntülərdi. Digərləri konsert ərəfəsində yayımlanacaq”.











 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri