Türkiyənin tanınmış müğənnisi Ece Seçkin azərbaycanlı müğənni Afaq Aslanı məhkəməyə verib.
LIVE.az-ın məlumatına görə, ifaçı bu barədə Ece Seçkin sosial şəbəkədəki səhifəsində xəbər yayıb. O bildirib ki, Afaq onun “Follow me” mahnısının sözlərini icazəsiz dəyişdirərək oxuyub: “Bu etdiyiniz hörmətsizlikdir. Mahnının müəllifindən icazə almadan oxumusuz, klip də çəkmisiz”.
Qeyd edək ki, bu barədə Türkiyənin tanınmış saytları yazıblar.