Azərbaycanlılar Moskvada otel soyublar

Azərbaycan vətəndaşları Rusiya paytaxtındakı mehmanxanalardan birini qarət etməkdə ittiham olunur.


APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2 nəfər adı açıqlanmayan şəxs bir mehmanxanaya daxil olaraq havaya atəş açmaq və bıçaqla hədələməklə seyfdən 230 min rubl pul götürüblər və hadisə yerindən qaçıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan biri yaxalanıb.


Bu şəxsin 40 yaşlı işsiz Azərbaycan vətəndaşı olduğu açıqlanıb. Digər şəxsin axtarışları davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri