Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur
- 11.02.2018, 17:40,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
LIVE.az-ın xəbərinə görə,
LifeNews Interfaks-a istinadən yazır ki, təyyarə 8 il müddətində istifadə olunub.
Daha öncə "Rossiya" aviaşirkətinə məxsus olub, sonrada "Saratov Airlines" ötürülüb.
AN-148 təyyarəsi göyərtəsinə 80 nəfər ala bilir.
///
Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.
LIVE.az-ın xəbərinə görə, APA-nın TASS agentliyinə istinadən yazır ki, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.
Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.
///
Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib.
Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.
Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.
///
Rusiyada sərnişin təyyarəsi radardan itib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib.
Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.