Azərbaycanda dəmir pullara tələbat artıb


"Ötən il pul kütləsində ən çox artım dəmir pullarda olub".

 

APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Mərkəzi Bank iri ticarət sistemləri ilə əlaqə yaradır və ticarət sistemi ilə birgə işləyir.

 

"Görürük ki, iqtisadiyyatın dəmir pullara ehtiyacı böyükdür. Buna görə, əlavə sifarişlər də edərək iqtisadiyyatı dəmir pullarla təmin edirik. İqtisadiyyat əgər bunu tələb edirsə, biz bunu etməliyik", - deyə E.Rüstəmov vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri