Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
- 11.07.2013, 13:39,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Möhtərəm Cənab Prezident, Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla həyata keçirdiyiniz çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqdadır". Trend-in məlumatına görə, bu barədə Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür məktubunda deyilir.
Məktubda qeyd edilir: "Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların təşkil edilməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir".
Məktubda bildirilir ki, jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər: "Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi: "Möhtərəm Cənab Prezident, Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığınız təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri bizim üçün böyük etimad nümunəsidir. Sizə bir daha Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ümumilikdə ölkə jurnalistikasına həssas yanaşdığınıza görə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".