Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

Meksikada ölkənin daxili işlər naziri və Oaxaka ştatının qubernatorunun olduğu helikopter qəzaya uğrayıb, nəticədə 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, helikopterdə olan DİN rəhbəri və qubernator sağ qalıb.

 

Məlumata görə, helikopter 30 metr hündürlükdə idarəetməni itirib və yerə düşərək avtomobillərə çırpılıb.  

 

///

 

Meksikada ölkənin daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, helikopterdə olan insanlar sağ qalıb.

 

Lakin helikopterin yerə düşməsi nəticəsində həmin vaxt ərazidə olan insanlar ölüb.  

 

Qeyd edək ki, helikopterdə ölkə ştatlarının birinin qubernatoru da olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri