İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb

 
İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

APA-nın məlumatına görə, bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

Qəza zamanı sağ qalan olmayıb.


///
 

İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, qatı duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb.

///


Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Göyərtəsində 60 sərnişin və heyət üzvləri olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuç aviareysini yerinə yetirdiyi açıqlanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri