Kərim canlı efirdə Rəhim Rəhimlini hədələdi: “Ayağım bildiyini başın bilmir”




Müğənni Kərim Abbasov küsülü olduğu Rəhim Rəhimli ilə aralarında olan qalmaqaldan danışıb.


LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı həmkarını parodiya edərək aralarında olan incikliyin səbəbini açıqlayıb: “Hərdən elə bir insanlardan elə şeylər görürəm ki, doğrudan şoka düşürəm. Biri var ki, mənim bir insanla münasibətim yoxdur, o da çıxıb mənim ünvanıma söz atır. Bunu hardasa normal qəbul edə bilərdim. Amma o mənim, mən onun evinə dəfələrlə getmişəm, süfrəsinin başında oturmuşam. Hər dəfə də aramızda sənətdən və digər mövzularda söhbətlərimiz olub. Amma çıxıb maqazin proqramlarının birində deyir ki, Kərim 10 nəfərin içində elə söz deyə bilər ki... Yəni ağzının danışığını bilmir. Mən də onun sözlərinə şok oldum. Dedim ki, bu nə danışır? Yəni 9 milyonun içində mənə ağının danışığını bilmirsən dedin. Camaat mənim etik normalarımdan, danışıq mədəniyyətimdən danışır. Mənim barəmdə SSR-nin xalq artisti Zeynəb Xanlarova o boyda məqalə çıxardıb. İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova hamısı mənim danışığımdan, mədəniyyətimdən, etik normalarımdan, ifa tərzimdən danışır. O mənim haqqımda söz dedi, mən də cavab verdim. Sonra çıxıb deyir ki, hansısa söhbətləri çıxıb danışmaq tərbiyəsizlikdir. İlk növbədə sən çıxıb efirə tərbiyəsizcəsinə söz atırsan, düşünmürsən ki, mənim də sənə cavabım olacaq.  Onun 41 yaşı var, dediyi sözü dərk etməli, mənə zəng eləməli idi. Amma gördüm ki, zəng eləmədi. Bəlkə də bu söz-söhbətlər onun özünə lazım idi. Mənim haqqımda İlqar Muradov, Nisə Qasımova, Elnarə Abdullayeva danışsaydı, susardım. Çünki bilirəm ki, onların özləri, sənətləri, əxlaqları böyükdür. Rəhim, mənim haqqımda fikir bildirmək sənin üçün tezdir. Rəhi m Rəhimli müğənni deyil. Özü də bunu etiraf edib. Müğənni deyilsənsə, müğənni haqqında danışma. Mənim musiqidə bildiyimi sənin başın bilmir. Müğənni sözünü ağzına alıb danışma. Bu elə bilir ki, böyük sənətkardı, bizə tərbiyə verir. Onun özünə tərbiyə verən lazımdır”.


Kərim onu da əlavə edib ki, R.Rəhimliyə qadağası var: “Mən ona barəmdə danışmağı qadağa etmişəm. Ümumiyyətlə mənim adımı çəkməsin, yoxsa onun üçün çox pis olar. Qadağaya əməl etməsə, məhkəməyə verməyəcəm. Dilim varsa, dilçəyim də var. O mənə 1 söz atacaq, mən də ona 10 söz deyərəm, onun dəymişi durar, kalı tökülər”.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri