Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı ilə aralarında olan yaş fərqindən söz açıb.
LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xanəndə bildirib ki, yoldaşından 4 yaş böyükdür: “Yoldaşım məndən 3-4 yaş kiçikdir. Buna görə də məni qınayanlara fikir vermirəm. Aramızda yaş fərqinin 15 il olduğunu yazıblar, 15 yox, gərək 20 yaş yazardılar. Niyə 15 yazmısınız? Həyat yoldaşım Elxan peyğəmbərlərimizdən nə də mən Xədicə anamızdan artığam. Barəmdə elə şeyləri yazanlar bunu nahaq yerə yazırlar. Elə şeylərə fikir verən deyiləm. Mənim öz aləmim var. Hər daş atanın arxasınca baxsan, getdiyin yerə çata bilmərsən. Mənə dedilər ki, bir daha tənqidlərə fikir vermə”.
Xatırladaq ki, bəzi saytlarda E.Abdullayevaının həyat yoldaşından 15 yaş böyük olması barədə xəbər dərc olunmuşdu.
Qeyd edək ki, Elxan adlı bəylə ailəli olan xanəndənin bu evlilikdən bir qızı və bir oğlu var.