İranlı nazir: Azərbaycan avtomobil sənayesinin inkişafı üçün əlverişli məkandır



Azərbaycan avtomobil sənayesinin və ehtiyat hissələri istehsalının inkişafı üçün əlverişli məkandır.

Bunu Trend-in İrandakı müxbirinə bu ölkənin sənaye, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari deyib.

Nazir bildirib: “Mən hesab edirəm ki, bu sahələr Azərbaycanda inkişaf edə bilər”.

M.Şəriətmədari həmçinin Azərbaycanda tezliklə avtomobil istehsalı üzrə İran-Azərbaycan birgə müəssisəsinin açılacağına ümidvar olduğunu deyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Neftçala sənaye məhəlləsində İran-Azərbaycan birgə avtomobil zavodunun açılması gözlənilir. Müəssisənin həmtəsisçiləri "Iran Khodro" və "Azeurocar" şirkətləridir.

Bu zavodda "Dena", "Rana", "Soren", "Samand" avtomobil markaları, həmçinin "Peugeot"nun bir sıra modellərinin buraxılışı gözlənilir. Layihə 24 milyon manat dəyərləndirilir, zavodun illik gücü isə təqribən 10 min avtomobil təşkil edəcək. Gələcəkdə bu avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarükü planlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri