Şəbnəm Tovuzlu: “Gündəmdəyik, hara baxırsansa, ya Damla, ya Şəbnəmdir”
- 26.02.2018, 12:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Şəbnəm Əsədova əməkdar artist Tünzalə Ağayevanın mahnılarını oxumaq istəməməsi barədə verdiyi açıqlamaya aydınlıq gətirib.
LIVE.az məlumatına görə, Musavat-a açıqlama verən müğənni bildirib ki, həmkarı kimi mahnıları oxuya bilməyəcəyi üçün onlardan imtina edib:
“Mən deməmişəm ki, Tünzalə xanımın mahnılarını oxumaram. Demişəm ki, onun kimi oxuya bilmərəm, ona görə oxumuram. Tünzalə xanımı da, mahnılarını da bəyənirəm. Onun mahnılarını oxuyub, korlamaq istəmirəm. O mənə Tovuzda dərs keçib. Öz səsimə uyğun xalq və bəstəkar mahnılarını oxuyuram. Bu məsələni böyütmək lazım deyil. İlhamə Quliyevanın mahnısını da oxumuşam. Məni qalmaqala çəkmək istəyirlər. Sözlərimi yozmaq lazım deyil”.
- Damla ilə yaxın rəfiqə idiniz. İndi isə küsülü olduğunuz deyilir. Nə dərəcədə doğrudur?- Damla ilə yaxınıq, son vaxtlar işlərlə əlaqədar bir araya gələ bilmirik. Əvvəldən münasibətimiz yaxşıdır. Mən ona bacı demişəm, necə düşmən ola bilərəm? Verilişdə Elgiz mənə dedi ki, siz Damlaya paxıllıq edirsiniz? Bildirdim ki, o mənim canımdır. Ondan illər öncə səhnəyə gəlmişəm, elə olub ona repertuar vermişəm. İndi gündəmdə biz ikimizik. Hara baxırsansa ya Damladır, ya Şəbnəm...- Sizə qarşı aqressiya var, yəqin ki, hiss etmisiniz. Bunun səbəbi nədir?- Vallah, bilmirəm. Hamı ilə münasibətim yaxşıdır. Bilmirəm ki, niyə məni qaralayıblar. Düşünürəm ki, zamanla hər şey düzələcək.
- Həyat yoldaşınızın namaz qılan yerdə çəkilən videosunu sosial şəbəkədə paylaşdınız. Bu isə tənqidlərə səbəb oldu...- Niyə qınayırlar? Allah hər evə qismət eləsin. Məsciddə nə qədər foto çəkdirənlər var. Mən oğlum Əlini çəkirdim. O yoldaşıma imkan vermir ki, namaz qılsın, çay içsin. Mən də bu olanları görüntüləyib, izləyicilərlə bölüşdüm. Burada qəbahət yoxdur.- Həyat yoldaşınızın sizə qoyduğu qadağalar var?- Var, deyib efirdə ailədən danışma. Mən də çalışıram ki, danışmayım. Hər dəfə də alınmır. Türkiyədə tanınmışların həyatı mətbuata daha da açıqdır. Biz isə özəlimizi açmağa çəkinirik. Hər yerin öz adəti var.