Nazənin verilişində qonaqlar nələr danışdı? - VİDEO


“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.  

LİVE.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənnilər Zenfira İbrahimova, Elnur Valeh, tarzən Humaq Qədimova və stilist Rəşad Əliyev olub.

Müğənni Z.İbrahimova Türkiyədəki uğurundan danışıb: “Mənim ifamdan sonra İbrahim Tatlısəs ağladı. Amma əslində heç ağlatmaq istəmirdim. Nazənin xanımdan fərqli az insanlar mənim bu uğurumla fəxr elədi. Mən İbrahim Tatlısəs üçün “Azərbaycan maralı”nı da ifa elədim, ardını özü oxudu. Həmin görüntüləri isə lentə almamışıq. Sadəcə artıq zil tonlarda oxuya bilmir. Əvvəlki İbrahim deyil”.

Müğənni Bakıda Kibariyə ilə eyni səhnəni paylaşması barədə də söz açıb: “Həyatda elə insanlar var ki, nələrisə arzu edir və həmin arzu uğurunda əziyyət çəkir və nail olur. Mən də hər zaman öz arzumun uğurunda əziyyət çəkmişəm. Nəticəsini də görmüşəm.

Daha sonra müğənni Elnur Valeh Rusiyadakı fəaliyyətindən danışıb: “Moskvada yaşayıram. Elə orada da fəaliyyət göstərirəm. Sadəcə toylarla bağlı Azərbaycana gəlirəm. Bir çox mahnılarım “Youtube”da milyon baxış sayı yığıb. Elə mahnılarım var ki, 11-12 milyon baxılıb. Sonuncu təqdim etdiyim “İnsafsız” mahnım 1 aya 1 milyon izlənib”.  

Sonda tarzən Humay Qədimova peşəsindən söhbət açıb: “Azərbaycanda tar çalan xanımlar azdı. Bir “Lalə qızlar ansamblı”nın rəhbəri Ceyran Haşımovadır. Bu yolu Ceyran xanım bizim üçün açdı. Sanki bir cığır idi, onun yolunu da biz davam etdiririk. Əslində mən pianoçu olmuşam. 7 il məşğul olmuşam. Amma tar da öz seçimim olub”.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri