Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti dəfə ölkədən kənarda konsert verib.
LIVE.azlifenews-a istinadən məlumat verir ki, diva Belarusiyanın paytaxtı Minsk şəhərində möhtəşəm solo konsertlə çıxış edib.
Konsert Minskin ən elit məkanlarından sayılan "Opera" səhnəsində baş tutub. Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Vaqif Gərayzadənin bədii rəhbəri, Anar İsayevin isə musiqi rəhbəri olduğu musiqi ansamblı müşaiyət edib.
Ölkənin əsas ulduzu səhnə geyimlərinə də xüsusi diqqət ayırıb.
Aygün Kazımovanı səhnəyə Azərbaycanın beynəlxalq statuslu dizayneri olan Rüfət İsmayılın "Naz by Rufat İsmayil" kolleksiyasının 2 eksklüziv əlbisəsində çıxıb.
Sənətçinin saç düzümü və vizajını isə ən məşhur stilistlərdən olan Gusik Simon edib.