Azərbaycan “Eurovision”a görə 3 mahnı alıb



Azərbaycan may ayında Lissabonda keçiriləcək “Eurovision” səhnəsində səsləndirəcək mahnısını mart ayında təqdim edəcək.

LIVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 ölkədə yaşayın 300 nəfərin səsverməsi ilə müəyyənləşən  Aysel Məmmədovanın (Aisel) ifa edəcəyi musiqi artıq  seçilib.  

87 faiz səslə 3 mahnıdan biri qalib elan edilib. Lakin sözügedən bəstələrdən (ana dilində yazılmış etnik çalarlı musiqi, pop və caz) hansının lider olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Aisel hazırda Portuqaliyadadır.  O, postkard çəkilişləri üçün Mozaraz şəhərinə gedib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri