Aktrisa və müğənni Fatimə Abasquliyeva sevimli müəllimi, məşhur teart rejissorunun ona qarşı etdiyi əxlaqsız hərəkətlərdən hələ də özünə gələ bilmir.
LİVE.az 1news-a istinadən xəbər verir ki, “Hər şey çox tez, dəhşətli və iyrənc oldu. O, sadəcə şəhvətli eybəcərdir. O, məni ilanla müqayisə edərək uşaqlığımı məhv etdi”, - bunu Rusiyanın “Rosiyya 1” kanalında yayımlanan verişdə Fatimə deyib.
Bu zamana qədər zorlandığını hər kəsə açıq söyləmək Fatimə üçün biabırçılıq idi. Çünki o, nəinki tələbə, həmçinin teart aktrisası idi. Yeri gəlmişkən, elə həmin teatrda rejissorun həyat yoldaşı da çalışırdı. Rejisssorun seks-oyuncağına çevrilməmək üçün Fatimə işdən çıxır. Lakin indi, hadisədən 12 il ötdükdən sonra, bir qədər yaşa dolaraq güc toplayan Fatimə onu incidənin adını birbaşa efirdə söyləyir.
Fatimə Azərbaycanda sənətçi ailəsində doğulub. Nənəsi musiqi müəlliməsi, anası skripkaçı, atası isə yazıçıdır. 14 yaşında aerobika kursları ilə bağlı verilişlərdə ekranlara çıxır. 15 yaşında “Miss Azərbaycan” yarışmasının qalibi olur.
17 yaşında isə Azərbaycanda müstəqil musiqi mükafatı “Qızıl mikrafon”un iki nominasiyası üzrə qalib olur. Vətənində onu azərbaycanlı Lolita adlandırırlar. Fatimə bir sıra kliplər çəkdirir, şou-baletlər təşkil edir. 19 yaşında isə hər şeyi Bakıda yarımçıq qoyaraq Moskvanı fəth etməyə gedir.
Şərq tərbiyəsi alan Fatimənin ilk öpüşü 20 yaşında olur. Belə ki, bir dəfə Xalq artisti və professor Mark Rozovski Fatiməni yanın çağıraraq gələcək karyerası ilə bağlı söhbət etmək istəyir. Onlar teartdan kənarda görüşürlər. Ustad gənc qızı kompliment yağışına tutur və bildirir ki, “Fatiməni hiss etmək istəyir”. Həmin günləri xatırlamaq Fatimə üçün dəhşətdir:
“Otaqda bir böyük çarpayı vardı. Bilmədim əynimdəki paltarlar necə çıxdı və mən çılpaq halda yataqda oldum”.
Bundan sonra 22 yaşlı qız rejissordan qaçmağa başlayır. Bir il sonra Mark Rozovski yenidən ona zəng etməyə başlayır. Onlar görüşürlər və rejissor bildiririr ki, tələbə yoldaşlarından birini də cəlb etmək daha yaxşı olardı...”
Hadisə ilə bağlı “Birinci kanalın” efirində araşdırmalar davam edir.