“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq.

 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.


Dövlət Proqramına əsasən İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC 2018-2022-ci illərdə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması,  inkişaf etdirilməsi və xarici bazarlarda təşviqini təmin etməlidir. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-yə 2018-2019-cu illərdə Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması da tapşırılıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri