ETSN: Bayılda sürüşmənin uzunluğu 200-220 metr, eni 100-130 metr arasında dəyişir
- 01.03.2018, 16:44,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bayıl yamacında sürüşmə sahəsinin uzunluğu 200 – 220 metr, eni 100 – 130 metr, qırılma qaşının hündürlüyü 5 – 12 metr arasında dəyişir”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O qeyd edib ki, Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200 - 250 metr cənub - şərqdə ötən ay sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb.