Manafı “Xəzər”in qarşısında “Gelanwgen”lə qarşıladılar




Ötən gün “Xəzər TV”-nin 5/5 verilişinin rubrikasına uyğun olaraq “Toylar karlı” müğənni Manaf Ağayevlə Əflatun Qubadov duelə çıxıb.


LIVE.az-ın məlumatına görə, ifaçılar arasında səs vermə instaqram vasitəsi ilə baş tutub. İlk dəfə olaraq 1 müğənniyə rekord sayda səs gəlib. Belə ki, 39 minlik səhifəyə 60 minə yaxın insan öz rəyini bildirib.


 Səslərin 80%-i müğənni Manaf Ağayevin hesabında olub. Aparıcı isə bildirib ki, bu hələ ki, yekun nəticə deyil. Səslər çox olduğuna görə martın 7-də sms yolu ilə qalib bəlli olacaq: “Bu günə qədər hələ belə səs sermə olmamışdı. Hər zaman maksimum 5-6 min səs olurdu. Bu dəfə 60 min səs gəldi, bizi çətin duruma qoydunuz. Ona görə də səsləri dondurduq”.


Zaurun sözlərinə Manaf Ağayevin də münasibəti gecikməyib: “Sizə niyə belə qəribə gəlir ki? 10 il bundan qabaq biz ikimiz 1 milyon 200 səs toplamışıq. Özü də səsin biri 1 manata olan vaxt idi. Sevənlərimiz göz qabağındadır”.


Ə.Qubadov isə öz növbəsində “Mən çox fəxr edirəm ki, Azərbaycan oğluyam. Bu sevgiyə görə təşəkkür edirəm” sözlərini deyib.


Xatırladaq ki, ötən gün müğənni Manaf Ağayevi qarşılamaq üçün fanatları “Gelanwgen” markalı maşınların üstünə Manaf Ağayev yazaraq “Xəzər TV”-nin qarşısına gəliblər.


Qeyd edək ki, xalq artistləri Nisə Qasımova və Mənsum İbrahimov da canlı verilişə qoşularaq səslərini M.Ağayevə verdiklərini deyiblər. Əməkdar artist Baloğlan Əşrəfov isə hər iki müğənniyə dəstək olduğunu deyib.






 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri