Abu Dabi-Bakı birbaşa reysi açılıb



Bu gün Abu Dabi-Bakı birbaşa reysinin açılışı olub.


LİVE.az xəbər verir ki, uçuşları Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) "Etihad” Hava Yolları həyata keçirir.


Bununla bağlı keçirilən tədbirdə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi və "Etihad" hava yolları şirkətinin baş direktoru Piter Baumqartner iştirak ediblər.


Uçuşlar həftədə üç dəfə Airbus A320 təyyarəsi vasitəsilə həyata keçiriləcək.



Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri