Əcnəbilərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların dəyəri 70% artıb
- 05.03.2018, 14:31,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 22 mln. manat təşkil edib.
APA-ya verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 70% artıb.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 602 mln. dollar olub.