Ərdoğan: "Türkiyə “Zeytun budağı” əməliyyatında 41 şəhid verib, 2872 terrorçu zərərsizləşdirilib"


“46 gündür, Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib”.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin bu gün qrup toplantısında bildirib.

 

R. T. Ərdoğan deyib ki, “Zeytun budağı” əməliyyatında Türkiyə 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159  döyüşçüsü həlak olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri