Çempionlar Liqasında İlk iki 1/4 finalçılar müəyyənləşib
- 07.03.2018, 12:22,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start verilib.
Ilk iki 1/4 finalçının adına aydınlıq gəlib.
Təbii ki, bütün diqqətlər Parisdəki matça yönəlib. Erkən final hesab edilən PSJ – “Real” mübarizəsində kimin yoluna davam edəcəyinə aydınlıq gəlib. İspaniyada rəqibinə 2 top fərqi ilə qalib gələn ÇL-in son qalibi Fransada da qələbə qazanıb.
Günün digər oyununda "Liverpul" "Porto"nu qəbul edib. Səfərdə rəqib qapısından 5 cavabsız top keçirən “mersisaydlılar” formal xarakter daşıyan cavab görüşündə qolsuz bərabərliyə razılaşıblar.
Beləliklə, Çempionlar Liqasında 1/4 finala adlayan ilk komandalar "Real" və "Liverpul" olub.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
6 mart
PSJ (Fransa) – “Real” (İspaniya) - 1:2
Qollar: Kavani, 71 - Ronaldo, 52; Kasemiro, 80
Qırmızı vərəqə: Verratti, 66
Baş hakim: Feliks Brix (Almaniya)
Paris, "Park De Prens" stadionu
İlk oyun – 1:3
“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) - 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya)
Liverpul, "Enfild Roud" stadionu
İlk oyun – 5:0