Gəncədə bıçaqlanma
- 11.07.2013, 16:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göygöl rayon sakini Gəncə şəhərində bıçaqlanıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, dünən axşam saatlarında Göygöl rayonun Aşıqlı kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Qurbanov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib, səhhətinin orta-ağır olduğu bildirilir.
Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır. E. Qurbanovu bıçaqlayan şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.