Abşeron yarımadasında 9 göl bərpa olunacaq, Böyükşorun bir hissəsi qurudulacaq
- 13.03.2018, 19:32,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Təmiz Şəhər" ASC 2018-ci ilin ortalarına Böyükşor gölünün bərpasının ikinci mərhələsi çərçivəsində layihə işlərinə başlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib.
O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində artıq 300 hektar ərazi təmizlənib. 15 hektar ərazidə park və bulvar salınıb.
E.Abbasov əlavə edib ki, ikinci mərhələdə 800 ha ərazi təmizlənəcək: "Bundan 400 hektar sahə qurudulacaq. Belə olan halda, gölün ümumi sahəsi 700 hektar təşkil edəcək".
İdarə heyəti sədrinin sözlərinə görə, ASC-nin planlarında ümumilikdə Abşeron yarımadasındakı 9 gölün bərpası da var:
"Bundan başqa, cari ilin payızında Zığ gölünün bərpası üzrə layihə işləri başa çatdırılacaq".