Tereza Mey: "Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək"
- 15.03.2018, 11:26,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciəti oxunub.
LIVE.az-ın APA-ya istinadən məlumat verir ki, Böyük Britaniya baş naziri müraciətində Azərbaycanı 6-cı dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün təbrik edib.
T. Mey qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun qurulması və fikir mübadiləsinin aparılması üçün yaxşı platformadır: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Böyük Britaniya və Azərbaycan güclü, məhsuldar əlaqələrə malikdir. Biz ilk diplomatik əlaqələri 1992-ci ildə qurmuşuq. Biz xüsusən enerji sahəsində geniş əməkdaşlıq edirik. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək. İnanıram ki, bu Forumda müzakirələr dünyada İnklüziv cəmiyyətlərin yaradılmasına töhfə verəcək".