Müğənni: “Nəvələrim mənə nənə demir”



Əməkdar artist Mətanət İsgəndərli nəvələrindən danışıb.


LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, nəvələri ona nənə demir:


“Əvvəllər uşaqlarım körpə olanda mənə deyirdilər ki, o gün olsun ki, qızın, oğlun üçün olsun. Əsəbiləşirdim. Mən düşünürdüm ki, nənə olacam... Bu adla barışa bilmirdim. Allaha qurban olum, elə də oldu. İndi 3 nəvəm var, heç biri mənə nənə demir. Sanki onlar da hiss elədirlər ki, nənə demələrini istəmirəm. Böyük nəvəm mənə “çəpənçə” deyir. İlk nəvəm hələ dil açmamışdı, mən də həmin vaxt gəlib onu oynadanda “çəpənçə” dedim. O gündən mənə “çəpənçə” deyirlər. Qızım onlara gedəndə bibi deyirlər, dilləri bibi sözünə öyrəşdiyinə görə, arada mənə də bibi deyirlər”.


Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim Canan adlı xanımla evlidir. Cütlüyün bu evlilikdən Tuncay, Ruhlan, Mətanət adlı övladları var.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri