Böyükağa Hacıyev vəfat edib



“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. LIVE.az APA-ya istinadən  verdiyi məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib.

 

Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.

 

Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Məlumatı təsdiqləyən oğlu Yusif Hacıyev atasının yarım saat əvvəl keçindiyini bildirib: "Atam xəstəxanada dünyasını dəyişdi. Keşlə qəbiristanlığında dəfn olunacaq. Yəqin ki, bu gün dəfn edəcəyik".
Şərhlər
İdman bölməsinin xəbərləri