Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Live.az-ın APA-ya stinadın verdiyi məlumata görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “Xəzər Lənkəran” da meydana çıxacaq.
Cənub klubu ilk oyunda səfərdə heç-heçəyə (1:1) razılaşdığı Malta “Slima”sı ilə qarşılaşacaq. Bu görüşdə baş məşqçi Con Toşakın komandası rəqibi ilə ya qolsuz bərbərlik etməli, ya da mütləq qalib gəlməlidir. Əks halda, “ağ-yaşıllar” Avroliqa ilə erkən vidalaşacaqlar.
Matçın start fiti Lənkəran şəhər stadionunda saat 20:00-da veriləcək. Oyunu belçikalı FİFA referisi Vim Smet idarə edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Slima”nı keçəcəyi təqdirdə, Avropa Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Avropa LiqasıI təsnifat mərhələsi (cavab oyunları)
11 iyul
20:00. “Xəzər Lənkəran” (AZƏRBAYCAN) - “Slima” (MALTA)
Hakimlər: Vim Smet, Dirk Giyon, Riyen Vanizere, Sem Loeman (hamısı Belçika)
UEFA nümayəndəsi: Patrik Uaattebled (Fransa)
Hakim-inspektor: Zbignev Prjesmiçki (Polşa)
Lənkəran. Mərkəzi şəhər stadionu
(İlk oyun – 1:1)
22:00. "Mariehamn" (Finlandiya) - "İnter" (AZƏRBAYCAN)
Hakimlər: Mervin Smit, Ceyms Eakin, David Anderson, Ross Dunlop (hamısı Şimali İrlandiya)
UEFA nümayəndəsi: David Delferiere (Belçika)
Hakim-inspektor: Alain Hamer (Lüksemburq)
Mariehamn. “Viklöf Holdinq Arena”
21:00. "Qarabağ" (AZƏRBAYCAN) - "Metalurq" (Makedoniya)
Hakimlər: Radek Matejek, Jiri Molacek, İvo Nadvornik, Petr Ardeleanu (hamısı Çexiya)
UEFA nümayəndəsi: George Fantaros (Kipr)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
(İlk oyun – 1:0)