İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün beynəlxalq order verib
- 24.03.2018, 13:00,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib.
Bu barədə “El Pais” qəzeti xəbər verib.
Məlumata görə, Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırırlar.
Xatırladaq ki, 2017-ci il, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.