Rusiyada ticarət mərkəzində ölənlərin sayı 64 nəfərə çatıb



Nazir: "Rusiyada ticarət mərkəzində yanğında 64 nəfər ölüb"

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb.
 
APA-nın "ria-novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. Nazir bunun son rəqəm olduğunu bildirib.
 
Onun sözlərinə görə, xəsarət alanların sayı 50 nəfərdən çoxdur.
 
Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı ölən və xasərət alanların arasında Azərbaycan vətəndaşları olmayıb.

///

XİN: Rusiyada yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

"Yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır".
 
Bu barədə APA-ya Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadır. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək.
 
Azərbaycan icmasının sədri Fikrət Qasımov isə APA-nın Rusiya bürosuna Kemerovodakı bildirib ki, Kemerovo vilayətində ticarət mərkəzində baş verən yanğında ölən və xəsarət alanlar arasında azərbaycanlılar olmayıb: "İlkin məlumatlara görə, yanğında ölənlər və yaralılar arasında həmyerlilərimiz yoxdur".
 
Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 53 nəfər ölüb, 16 nəfər isə itkin düşüb. Ölənlərin sayının daha çox olması ilə bağlı məlumatlar var.  

///

Rusiyada ticarət mərkəzindəki yanğında azı 9 uşaq ölüb


Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın zamanı azı 9 uşaq ölüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Kemerovo vilayəti üzrə Baş idarəsinin rəis müavini Boris Dedyuxin bildirib.
 
“Hazırda 37 nəfərin öldüyü təsdiqlənib. Onlardan ən azı 9-u uşaqlardı. Yanmış meyitləri tanımaq çox mürəkkəbdir”, deyə B.Dedyuxin qeyd edib. Onun sözlərinə görə, hazırda 64 nəfər itkin düşmüş hesab edilir.
 
Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında qeydə alınıb. Hazırda yanğın söndürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


///

Rusiyada ticarət mərkəzində ölənlərin sayı 53 nəfərə çatıb

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.
 
Live.az-ın ria novosti-yə istinadən verdiyi xəbərə görə, 16 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
 
///

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
 
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, hadisə nəticəsində 37 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
 
Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri