Vladimir Putin Kemerovo şəhərinə səfər edib

Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə səfər edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı faciə baş verən yeri ziyarət edəcək, həmçinin region və müvafiq qurum rəhbərlərinin məruzəsini dinləyəcək.

 

Son məlumata əsasən, martın 25-də Kemerovoda ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb, 60 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri