Bakıda nəhəng layihə - Ziya Bünyadov prospekti ilə Balaxanı yolu birləşəcək

Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

Bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

4 hərəkət zolaqlı magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri