Naftalanda sanatoriyada qadın güllələndi
- 29.03.2018, 14:07,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub.
LİVE.az xəbər verir ki, Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.
Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.