Hüzr yerinə gedən ailənin maşını aşdı

Bu gün səhər saatlarında Şəkidə avtomobil yoldan çıxaraq aşıb. ANS-in “Kanal S”-ə istinadən verdiyi məlumata görə, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 21 ci klometirliyində yolun Şəki kəndi ərazisindən kecən hissəsində saat 9 radələrində baş verib. Baş Göynük kənd sakini 1965 ci il təvəllüdlü ibrahimov Sadəddin Salam oglunun idarə etdiyi 23 BG 260 dövlət nömrə nişanlı “VAZ-21099” markalı avtomobil Şəkidən Yevlax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil əvvəlcə qarşıdan gələn avtomobilin yoluna cıxıb, daha sonra yolun kənarındakı kiçik agac topasına dəydikdən sonra aşıb. Sürücü və həyat yoldaşı İbrahimova Alagöz Məsi qızı yüngül bədən xəsarətləri alıb. Xəstələrə ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb

Qeyd edək ki, sürücü və onun həyat yoldaşı Ağdaşa hüzr yerinə gedirmiş.


Şərhlər
Hadisə bölməsinin xəbərləri