Salyanda güllə yarası alan şəxsin kimliyi məlum olub

Salyanda “Şirvan” milli parkı yaxınlığında ov tüfəngindən açılan atəş nəticəsində yaralanan şəxsin kimliyi bilinib.

 

APA-nın verdiyi məlumata görə, bu, parkın əməkdaşı, Salyan rayon sakini 1961-ci il təvəllüdlü Xalıqov İltifat Şirəli oğludur.

 

Onun həyatına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.

 
///

 

Salyan rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

 

Hadisə Salyan rayonu ərazisində, “Şirvan” milli parkı yaxınlığında qeydə alınıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri