"You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının azərbaycanlı olduğu bildirilir
"You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının kimliyi məlum olub.
APA-nın ABC-yə istinadən verdiyi məlumata görə, hücumu törədən qadının əslən İrandan olan azərbaycanlı Nasim Ağdam olduğu bildirilir.
///
«YouTube» videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlanıb «YouTube» videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil. İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub. APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.
Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.
///
“YouTube”-nin mənzil-qərargahında atışma törədən qadın öldürülüb “YouTube”-nin Kaliforniyadakı mənzil-qərargahında atışma törədən qadın öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə MSNBC telekanalı məlumat yayıb.
Məlumata görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.
ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5-dək yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.
Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir.
Digər təfərrüatlar açıqlanmır.
///
“YouTube” videoportalının mənzil-qərargahında atışma nəticəsində 4-5 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “ABC Nеws” telekanalı məlumat yayıb.
Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayırlar.
Hadisə yerinə həkim, polis və yanğınsöndürən briqadaları cəlb edilib.
“YouTube” videoportalının sahibi olan “Google” şirkəti insidentlə əlaqədar araşdırmalara başladığını bildirilib.
///
"YouTube"un baş ofisində atışma olub01:06
"YouTube"un əməkdaşları sosial şəbəkələrdə şirkətin baş ofisində atışma baş verdiyini bildirirlər.
Bu barədə LIVE.AZ RİA Novosti-yə istinadən xəbər verir. Yaralıların olduğu da bildirilir.
Qeyd olunur ki, bu xəbərlərdən sonra binaya polis əməkdaşları daxil olub və bəzi əməkdaşları çölə çıxarıb. KİV-lərin yaydığı məlumata əsasən hadisə yerinə xüsusi təyinatlı dəstələr də cəlb olunub.
Həmçinin bildirilir ki, atışmanı qadın törədib.