Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib
- 04.04.2018, 12:02,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.
Gecənin ən diqqətçəkən görüşündə ötənilki finalçılar “Yuventus” və “Real” üz-üzə gəlib. Turinlilərin heyətində cəzalı Medhi Benatia və Miralem Pyaniçin buraxdığı görüş qonaqların üstünlüyü şəraitində keçib. Kriştianu Ronaldonun dublu və Marselonun 1 qolu "kral klubu"na səfərdə böyükhesablı qələbə qazandırıb. Bununla "Real" cütün taleyini, demək olar ki, ilk matçda həll edib.
1/8 finalda “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” İspaniyada “Sevilya” ilə qarşılaşıb. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk duelində Almaniya təmsilçisi favorit idi. Son 5 İspaniya səfərindən əliboş dönən “pivəçilər” bu dəfə tilsimi qırıblar. Meydan sahiblərinin hesabı açdığı qarşılaşmada rəqib qapısından 2 top keçirən "Bavariya" səfər qələbəsinə sevinib.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
3 aprel
“Yuventus” – “Real” - 0:3
Qol: Ronaldo, 3, 64; Marselo, 72
Qırmızı vərəqə: Paulo Dibala, 66
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Turin, “Yuventus” stadionu
“Sevilya” - “Bavariya” - 1:2
Qollar: Sarabria, 32 - Xesus Navas, 37 (avtoqol); Tiaqo, 68
Baş hakim: Daniele Orsata (İtaliya)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu