Bakı sakini 9-cu mərtəbədən yıxılaraq sağ qalıb

Bakı sakini 9-cu mərtəbədən yıxılaraq sağ qalıb Bakı şəhəri, Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq ağaca düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası dərhal hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü 1 nəfər ağacın budaqları arasında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı ağacdan endirib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri